NEW ERACLEANING Hesabla

Təmirdən sonra təmizlik

İnşaat tozu adi tozdan fərqlidir: incədir, hər yerə çökür və yanlış yuyulanda səthdə ağ qat buraxır. Ona görə bu işi ayrıca texnologiya ilə görürük.

Mərhələlər

1. Quru təmizlik. İnşaat tullantıları yığılır, toz sənaye tozsoranı ilə yuxarıdan aşağı çəkilir: tavan, divar, karnizlər, rozetka qutuları.

2. İzlərin çıxarılması. Boya damcıları, astar, silikon və montaj köpüyü izləri hər səth üçün uyğun üsulla təmizlənir. Şüşədə skrebok, kafeldə xüsusi təmizləyici istifadə olunur.

3. Yaş təmizlik. Bütün səthlər iki dəfə yuyulur: birinci dəfə tozu götürmək, ikinci dəfə ağ qatı qaldırmaq üçün.

4. Pəncərə və santexnika. Çərçivələrdəki qoruyucu plyonka qalıqları, rels içi, kran və duşlardakı sement izləri.

5. Son yoxlama. İşıqda səthlərə baxırıq — inşaat tozu ən çox gün işığında görünür.

Qiymət nümunələri

70 m² mənzil230 ₼ (minimum)
100 m² mənzil250 ₼
160 m² mənzil400 ₼
300 m² villa750 ₼

Hesab 1 m² üçün 2,5 AZN-dir. Təmir tam bitməyibsə və ya tullantı çoxdursa, qiyməti foto əsasında dəqiqləşdiririk.

Nə vaxt sifariş etmək lazımdır?

Bütün inşaat işləri bitdikdən, usta son dəfə çıxdıqdan sonra. Mebel hələ gətirilməyibsə, iş daha sürətli və daha keyfiyyətli olur. Mebel gəlibsə, onun da üstünü və içini silirik.

Suallar

Kiçik tullantıları torbalara yığıb çıxarırıq. Böyük həcmdə inşaat tullantısı (kərpic, gips, taxta) üçün ayrıca daşıma lazımdır — bunu əvvəlcədən deyin.

150 m²-ə qədər mənzil adətən bir gündə bitir. Daha böyük sahədə komandanı artırırıq.

Bəli, mebelin üstü, içi və arxası təmizlənir. Yumşaq mebeli ekstraksiya ilə ayrıca təmizləmək də mümkündür.